Nepalda daşqınlar nəticəsində 47 nəfər ölüb

Nepalda daşqınlar nəticəsində 47 nəfər ölüb
  13 Avqust 2017    Oxunub:1058
Nepalın cənubunda şiddətli yağışların yol açdığı sel və sürüşmə nəticəsində ən az 47 adamın həyatını itirdiyi bildirilir.
"Anadolu" agentliyinin məlumatına görə, 5 min insan təxliyə edilib, 34 min ev su altında qalıb.

Polis sözçüsü Pushkar Karki açıqlamasında cümə günündən başlayan şiddətli mason yağışlarının sürüşmələrə səbəb olduğunu və ölkənin cənubundakı 9 şəhərdə ən az 47 adamın həyatını itirdiyini bildirib. O, 24 nəfərin də itkin düşdüyünü söyləyib. Ölü sayının artmasından narahatlığını ifadə edən polis sözcüsü bir çox bölgələrdə rabitə və elektrik enerjisinin kəsildiyini vurğulayıb.

Qeyd edək ki, Nepalda iyun ayında başlayan musson mövsümü sentyabra qədər davam edir. Ölkədə keçən il iyul ayında musson yağışları nəticəsində baş verən sel və torpaq sürüşmələrində 75 nəfər həyatını itirmişdi.

AzVision.az


Teqlər: Nepal  





Xəbər lenti