İlham Əliyev açılışlarda

İlham Əliyev açılışlarda
  10 Sentyabr 2013    Oxunub:1044
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidenti avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılmışdır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Artıq Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalmışdır.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev həmçinin, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.





Teqlər:





Xəbər lenti