I sinfə qəbulla bağlı müsabiqə ləğv olunmalıdır

I sinfə qəbulla bağlı müsabiqə ləğv olunmalıdır
  10 Sentyabr 2013    Oxunub:1159
I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır.
Bunu jurnalistlərə Bakı təhsil işçilərinin respublika konfransında Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar.

M.Bayramov qeyd edib ki, istər Təhsil Nazirliyinə, istərsə də BŞTİ-yə I sinfə şagird qəbulu ilə baglı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblər əsas gətirilərək vətəndaşlar incidilir:

"Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır".

Trend-in məlumatına görə, M.Bayramov əlavə edib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 şagird qəbul olunub. 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir.


Teqlər:





Xəbər lenti