“SMM 2017” layihəsinə start verildi

“SMM 2017” layihəsinə start verildi
  14 Avqust 2017    Oxunub:2811
ASAN Könüllülük Məktəbinin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN Könüllülüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır.
Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Karyera mərkəzinin missiyasını nərəzə alaraq 2016-cı ildə #SMM2016 Business breakfast layihəsi həyata keçirildi.

Keçən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilmiş, 300 müraciət, 12 spiker, 50 iştirakçı, 86% işlə təmin olunmanı özündə cəmləşdirən #SMM2017 Business breakfast yenidən start götürür.

Məlumdur ki, müasir bazar iqtisadiyyatı şəraitində yüksək rəqabətliliyə davam gətirmək, məhsul və xidmətlərini mümkün qədər çox kütlə qarşısında tanıtmaq üçün bizneslər rəqəmsal marketinq alətlərindən istifadə etməyə məcburdurlar. Bu səbəbdəndə, məhsul və xidmətlərin satışı və təbliği üçün istifadə olunan Sosial Media Marketinq (SMM) günümüzün vacib rəqəmsal marketinq alətinə çevrilmişdir. Onuda əlavə etmək lazımdır ki, SMM bir alət olaraq sosial şəbəkələrin insanların həyatında gündən-günə artan rolundan istifadə edərək, hədəf kütləsinə daha tez çatmaqla biznesin qarşısına qoyduğu məqsədləri həyata keçirməyə yardımçı olur.

Ancaq belə bir sual yaranır. Azərbaycanda bu sahə üzrə lazımı sayda mütəxəssislər varmı və daha da önəmlisi yoxdursa o zaman bu cür mütəxəssislər hansı formada yetişdirilə bilər? Buna cavabı bir növ SMM2016 Business breakfast layihəsi verdi.

Azərbaycanın rəqəmsal bazarında SMM üzrə mütəxəssislərin kifayət qədər olmamasını nəzərə alaraq 2016-cı il sentyabr ayında ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə #SMM2016 Business breakfast layihəsi həyata keçirildi. Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfə vermək idi. Layihə çərçivəsində öz sahələrinin peşəkarları bir ay müddətində “Rəqəmsal marketinq”, “SMM”, “Strateji marketinq”, “SEO” və s. üzrə bilik və təcrübələrini layihə iştirakçıları ilə bölüşmüş, nəzəri hissə başa çatdıqdan sonra isə praktiki təcrübə məqsədilə iştirakçılar arasında komandalar formalaşdırılaraq müəssisələrə SMM Plan hazırlamağa yönləndirilmişdilər. Sonda həmin planlar bağlanış mərasimində təqdim olunaraq müzakirə olunmuş, iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə təltiflənmişlər.

#SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edir. Lakin onuda qeyd etmək lazımdır ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində yarışmanı nəzərdə tutur.

Beləliklə, layihənin keçirilməsində əsas məqsəd keçən il olduğu kimi təlim proqramını tərtib etməklə və iştirakçıların bu sahədə olan bilik, bacarıqlarını artırmaq və beləliklə bu sahədə böyük təlabata malik olan SMM mütəxəssislərini əmək bazarına çıxartmaqdır.

Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar Mərkəzi və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə həyata keçirilir.



Teqlər: #SMM2017  





Xəbər lenti