Sabiq baş nazir oteldən qaçırıldı

Sabiq baş nazir oteldən qaçırıldı
  14 Avqust 2017    Oxunub:1607
Liviyanın sabiq baş naziri Əli Zeydan paytaxt Tripolidə qaldığı Əş-Şərq otelindən qaçırılıb.
"Kommersant" yazır ki, eks-nazirin hara aparıldığı bilinmir. Hadisə şahidləri Əli Zeydanı oğurlayan şəxslərin silahlı olduğunu deyiblər. Onların nə üçün bunu etdikləri müəmmalı olaraq qalır. Hələlik hadisənin məsuliyyətini üzərinə alan olmayıb.

Xatırladaq ki, Əli Zeydan 2013-cü ildə də qaçırılmışdı. Liviya İnqilabçı Əməliyyatlar Birliyinə bağlı silahlılar tərəfindən oğurlanan Zeydan bir neçə saat sonra sərbəst buraxılmışdı.

AzVision.az



Teqlər: Liviya   Baş-nazir  





Xəbər lenti