Medvedev Astanada Karapetyanla görüşüb

Medvedev Astanada Karapetyanla görüşüb
  14 Avqust 2017    Oxunub:1275
Bu gün Astanada Ermənistanın baş naziri Karen Karapetyanla Rusiyanın hökümət rəhbəri Dmitri Medvedev arasında görüş keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökümətinin media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə iqtisadi əlaqələr, erməni-rus əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu gün Astanada Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Karapetyan   Medvedev   Rusiya  





Xəbər lenti