“ASAN viza” sisteminin imkanları araşdırılıb
Qeyd edək ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ölkəyə səfər edən xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara keçən ildən etibarən elektron vizaların verilməsinə başlanılıb. Yeni və innovativ sistemin yaradılması ölkəyə səfər etmək arzusunda olan turistlər üçün geniş imkanlar yaradıb, onların viza almaq prosedurlarını olduqca sadələşdirib. Dövlət başçısının digər fərmanları əsasında isə “ASAN viza” sistemi təkmilləşdirilib və əlavə imkanlar tətbiq edilib.
Assosiasiya bir qrup könüllülər və cəlb edilmiş ekspertlərlə bərabər “ASAN viza” sistemində müxtəlif testlər keçirib, bir sıra turizm agentliklərinin və turistlərin sistem haqqında fikirlərini öyrənib. Toplanan rəylər nəticəsində ekspertlər sistemin funksionalında bir sıra çatışmazlıqlar aşkar edib, eyni zamanda arzu olunan əlavə imkanlar haqqında fikirlər müzakirə olunub. Əldə edilmiş nəticələr, sənaye nümayəndələrinin və turistlərin istək və arzuları, ekspertlərin tövsiyələri assosiasiya adından “ASAN viza” sisteminə ünvanlanmış məktubda açıqlanıb.
AzVision.az
Teqlər: ASAN-viza