“Külli miqdarda dövlət vəsaiti mənimsənilib”
Onun sözlərinə görə, bu gün “Korrupsiyaya qarşı mübarizə haqqında” Dövlət Proqramının davamı olaraq “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”ya uyğun olaraq ölkəmizdə cəmiyyətin inkişafına mane olan, insanların mənəviyyatına mənfi təsir edən korrupsiyaya qarşı amansız mübarizə aparılır.
“Təəssüf hissi ilə qeyd edim ki, mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya halları təhsil sistemindən də yan keçməyib. 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktorunun işçilərinin plastik kartları vasitəsilə bankomatdan külli miqdarda dövlət vəsaiti mənimsəməsi və yol verdiyi digər nöqsanlar araşdırılıb və Bakı Şəhər Xəzər Rayon Prokurorluğu tərəfindən tədbir görülüb”.
Sevinc İltifatqızı