Şahzadə ilə evlənmək üçün müsəlman oldu - FOTOLAR

Şahzadə ilə evlənmək üçün müsəlman oldu - FOTOLAR
  16 Avqust 2017    Oxunub:5270
Malayziyanın Johor sülaləsinin 31 yaşlı şahzadəsi Tunku Tun Əminə İsgəndəriyyə 28 yaşlı hollandiyalı sabiq futbolçu və model Denis Məhəmməd Adullahla evlənib.
AzVision.az-ın məlumatına görə, cütlük keçirilən iki toy mərasimi ilə evliliklərini rəsmiləşdiriblər.

Rəsmi toy mərasimi xalqa açıq keçirilib və məclisdə 1200 malayziyalı iştirak edib. Xalq mərasimi quraşdırılan böyük monitorlar vasitəsilə izləyib.



Zərif gəlinlik geyinən şahzadə zinət əşyaları və nişan üzüyü ilə diqqətləri üzərinə cəlb edə bilib. Adət-ənənəyə uyğun olaraq gəlinə 5 dollar dəyərində cehiz sandığı verilib.



Şahzadə bildirib ki, saraydan ayrılaraq başqa evə köçəcək və yeni həyata başlayacaqlar.

Qeyd edək ki, üç il birlikdə yaşayan cütlük Malayziyada bir kafedə tanış olublar. Hollandiyalı sabiq futbolçu Dennis Verbaas evliliyin reallaşması üçün 2005-ci ildə islam dinini qəbul edərək Denis Məhəmməd Adullah adını götürüb.

Xatırladaq ki, Johor Malayziyada özəl ordusu olan tək əyalətdir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Malayziya  





Xəbər lenti