Silvio Berluskoni Senatdan çıxarıla bilər

Silvio Berluskoni Senatdan çıxarıla bilər
  11 Sentyabr 2013    Oxunub:1145
Senatın xüsusi komissiyası onun səlahiyyətlərinin alınması üçün səsvermə keçirmək niyyətindədir
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Senatdan çıxarıla bilər. Bu, avqustda kassasiya məhkəməsinin onu maliyyə fırıldaqçılığında günahlandıraraq 4 il həbs cəzasına məhkum etməsi ilə əlaqədardır. Bu gün senatın xüsusi komissiyası Berluskoninin bütün senatorluq səlahiyyətlərindən məhrum etmək üçün səsvermə keçirmək niyyətindədir. Müşahidəçilərin fikrincə Silvio Berluskoninin senatdan çıxarılması İtaliyada yeni hökumət böhranına səbəb ola bilər. Belə ki, bu baş verərsə, onun partiyadaşları Enriko Letto hökumətinə dəstəkdən imtina edəcək.


Teqlər:





Xəbər lenti