Ermənilər yezidi əsgəri döyüb təhqir etdilər

Ermənilər yezidi əsgəri döyüb təhqir etdilər
  16 Avqust 2017    Oxunub:1970
Ötən gün xəbər verdiyimiz kimi, Ermənistanın Şirak vilayətinin Hatsik kəndində milliyyətçə yezidi olan 19 yaşlı əsgər Abas Sloyan intihar edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sloyan Armavir şəhərində xidmət edib.

Hatsik sakinlərinin sözlərinə görə, Sloyan hərbi hissədə milliyyətçə yezidi olduğunu deyib. Qarabağdan Armavir hərbi hissəsinə göndərilən əsgərlər Sloyanla söhbət zamanı onların da yezidi dostlarının olduğunu bildiriblər. Söhbət zamanı aydınlaşıb ki, həmin əsgərlər Sloyanın bacısının keçmiş ərinin dostlarıdır. Bundan hiddətlənən əsgərlər yezidi Sloyanı və onun bacısını söyüblər. Cavabında Sloyan da onlarla söyüşlə danışmağa başlayıb və sabiq yeznəsinin ünvanına xoşagəlməz fikirlər səsləndirib. Nəticədə azı 7-8 əsgər Sloyanı təkləyərək döyüb. Bu olaydan sonra Sloyan hərbi hissədən qaçıb və xidmətdən imtina etdiyini deyib.

İki gün sonra isə bacısı onu əmisinin evində asılı vəziyyətdə tapıb.

Qeyd edək ki, bundan öncə də Ermənistan ordusunda yezidi əsgərlərin təhqir və zorakılıqlara məruz qaldığını bildirmişdik. Faktiki olaraq, yezidi əsgərin intiharına səbəb kimi ermənilərin onlara qarşı zorakılıq, təhqir və ailə dəyərlərinə alçaldıcı yanaşma nəticəsində baş verdiyi ortaya çıxır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti