Meşə yanğınları Afinaya çatıb

Meşə yanğınları Afinaya çatıb
  16 Avqust 2017    Oxunub:1633
Yunanıstanda üç gün davam edən meşə yanğınları paytaxt Afinaya çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, meşə yanğınları minlərlə hektar yaşıllıq sahəsini külə çevirib. Yanğınsöndürmə prosesinə 400-dən çox mülki müdafiə qüvvəsi, 100-dən artıq hərbçi, 12 təyyarə, 6 helikopter cəlb olunub.

Təbii fəlakət nəticəsində ölən və yaralanan olmasa da, azı 20 ev yararsız vəziyyətə düşüb. Ölkə Avropa İttifaqından kömək istəyib.

AzVision.az


Teqlər: Yunanıstan   Yanğın   Afina  





Xəbər lenti