Pənah Hüseyn:`Rəsul Quliyev səhhətinə fikir versin`

Pənah Hüseyn:`Rəsul Quliyev səhhətinə fikir versin`
  10 Sentyabr 2013    Oxunub:1335
`Rəsul Quliyevin haqqımda nəsə deməsi qətiyyən məni maraqlandırmır`.
Bunu AzVision.az -a Azərbaycan Xalq Partiyasının sədri, İctima Palatanın üzvü Pənah Hüseyn eks-spiker Rəsul Quliyevin mətbuatda onun haqqında dediklərinə cavab olaraq bildirib.

Partiya sədrinin sözlərinə görə, eks-spikerin dediklərinə təmkinli yanaşır və Rəsul Quliyevə aqressiv cavab verməyi lazım bilmir:

`Mən imkan vermədim ki, zəng edən jurnalistlər onun nə yazdığını belə mənə desinlər. Rəsul müəllim qərib ölkədədir, ona can sağlığı arzu edirəm. Səhhətinə də fikir versin, bu işlərlə də boş yerə vaxtını aparmasın`-deyə, keçmiş baş nazir cavab verib.

Qeyd edək ki, R.Quliyev Modern.az-a açıqlamasında P.Hüseyni yersiz bəyanatlar verməkdə günahlandırıb.

`İctimai Palatada 1992-ci ilin ab-havası yenidən gündəmə gəldi, özlərini gah ana, gah aparıcı, gah da yeganə müxalifət adlandırdılar. Hətta palatanın ən aktiv üzvü hörmətli Pənah Hüseynov 2012-ci ilin sentyabrında hər şeyin dəyişəcəyini elan etdi`.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti