"WhatsApp", "Viber" və "Telegram" işlədənlərin diqqətinə!

"WhatsApp", "Viber" və "Telegram" işlədənlərin diqqətinə!
  17 Avqust 2017    Oxunub:6356
Rusiyanın “Voximplant” şirkəti tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı vahid çatda birləşdirməyə imkan verir. Məhsul biznes üçün nəzərdə tutulub və müştərilərlə intensiv yazışmanı təmin etməlidir. Həmin proqram messencer deyil. Proqramçılar öz həllini “messencerlər üçün Uber” adlandırıblar.
AzVision.az “ICTnews” Elektron Xəbər Xidmətinə istinadla bildirir ki, proqram təminatının hazırlanmasına təxminən bir il vaxt sərf edilib. “Voximplant” şirkətinin mətbuat xidmətindən bildiriblər ki, bu həllin yekun dəyərini hesablamaq çətindir. Çünki layihə komandası API üzərində tam iş günü işləməyib. Məhsulun artıq sifarişçiləri var, lakin onların adları gizli saxlanılır.

Yeni proqramın yaradıcıları qeyd edirlər ki, bir çox şirkətlər gün ərzində müştərilərdən minlərlə mesaj alırlar. Həmin şirkətlərin əməkdaşları bu mesajları “əllə” emal etməli olur, yəni müxtəlif messencerlər arasında keçid edirlər və eyni zamanda, ümumi mesaj bazası yaratmalı olurlar. “Voximplant” şirkətinin nümayəndələri əmin edirlər ki, şirkət əməkdaşları gündəlik bu işlərə 1,5 saat vaxt sərf edirlər.

“Voximplant” şirkətinin həlli messencer, sayt və ya smartfon vasitəsilə göndərilmiş mesaj və zəngləri qəbul edir və onları əlaqə mərkəzinin əməkdaşları üçün növbə şəklinə salır. Növbə həm əllə, həm də avtomatik yaradıla bilər. Mesajlar həm ani, həm də təxirə salınmış kimi göndərilə bilər. Platforma “WhatsApp”, “Viber” və “Telegram” messencerlərini dəstəkləyəcək.

Proqramçılar qeyd edirlər ki, onların həllindən istifadə kompüter və ya başqa qurğuya yüklənməni azaldır.

AzVision.az


Teqlər: WhatsApp   Viber   Telegram  





Xəbər lenti