Həbsxanada qanlı iğtişaş - 37 nəfər ölüb

Həbsxanada qanlı iğtişaş - 37 nəfər ölüb
  17 Avqust 2017    Oxunub:1713
Venesuelanın Amasonas ştatında yerləşən həbsxanada iğtişaş baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar nəticəsində 37 nəfər ölüb.

Məlumata görə, Venesuela təhlükəsizlik xidmətinin həbsxanada nəzarəti ələ almaq cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb. Nəticədə qanlı toqquşma olub.

Ölənlərin hamısının məhkum olduğu bildirilir.

AzVision.az


Teqlər: Venesuela   Həbsxana   İğtişaş  





Xəbər lenti