Azərbaycanlı və erməni “vor-zakon”lar arasında miras davası
Digər tərəfdən Edikin həbsdən azad olması erməni “qanuni oğru”nun yolunda ciddi problem yarada bilər. Gürcü Edik 3 avqust tarixində həbsdən çıxıb. Məlumata görə, o Dağıstana yeni pasport almaq üçün gedib. O, bir müddət əvvələdək ən nüfuzlu “oğru” hesab edilirdi. Bundan sonra onun hansı işlərə məşğul olacağı da məlum deyil.
Bəziləri hesab edir ki, Eduard Asatryan Ded Xasanın yanında olmayıb. O, çox zaman Usoyanın “siyasəti”nə qarşı çıxan nadir şəxslərdən biri olub. Zaman-zaman Tariel Oniani, Merab Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"ların şifahi olaraq “statusları”nın əlindən alınması ilə bağlı qərarlara qarşı olub. Ded Xasan həbs edildikdən sonra isə “Böyük” Asatryan təşəbbüsü ələ almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi “oğru”larla qarşı-qarşıya gəlib.
Xasanın ölümüdən sonra əsas məsələ “Obşak”ı əlində saxlamaq olub. Nəticədə Asatryan “qanuni oğru” Vasya Voskreslə mübarizəyə başlayıb. Narazılıqlar bundan sonra daha da böyüyüb.
Araşdırma nəticəsində məlum olub ki, Vasya mühasibatlıqda “kritiy” işlər görüb və nəticədə “obşak”da külli miqdarda çatışmazlıq yaranıb. Bu isə Vasyaya bütün nəzarəti öz əlində keçirməyə birbaşa səbəb verib. 2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə çağırıb. Özü də “Köhnə fayton” restoranına. Bura təsadüfi seçilməmişdi. Ded Xasan məhz bu restorandan çıxarkən snayperlə öldürülüb. Lakin görüş istənilən kimi baş tutmayıb. Belə ki, Voskresin yerinə restorana Rusiya polisi gəlib. Asatryanla bərabər restoranda daha 7 “qanuni oğru” olub. Onlarda 3 nəfərdə - Elqoca Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb və həbs ediliblər.
Asatryanın özü isə 4 ay sonra saxlanılaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro türmədən çıxıb. Kürd Şakronun ətrafı güclənməyə başlayıb. Belə ki, Asatryan azadlıqda olanda həbsdəki “oğru”nun mövqelərinə təsir edə bilmirdi. Hazırda kriminal aləmdə Asatryanın düşmənləri dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta 2013-cü ildə Asatryan və oğlunun “sxodka”da döyüldüyü deyilir.
2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra azərbaycanlı "qanuni oğru" onu sındırmaq" istəyir. Həbsxanaya aparılan Asatryanı Vaqif Bakinskinin “proqon”u gözləyib. Bakinski “Edik ona aid bir sıra məsələlərə görə artıq “oğru” hesab edilməsin” deyə bildirib. Ancaq Asatryan ətrafından istifadə edərək “proqon”un imtinasına nail ola bilib. Asatryanın “oğru” statusu hələ də saxlanılır. Bütün hallarda kriminal aləmdəki mövcud vəziyyət ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək. Həm də artıq onunla “maarifləndirici” söhbət aparıldığı bildirilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Rusiya kriminal-aləm