"ABŞ Çinlə iqtisadi müharibə aparır" - Trampın baş müşaviri

"ABŞ Çinlə iqtisadi müharibə aparır" - Trampın baş müşaviri
  17 Avqust 2017    Oxunub:1136
ABŞ prezidenti Donalt Trampın baş müşaviri Stiven Bennon bildirib ki, onun ölkəsi Çinlə iqtisadi müharibə aparır.
AzVision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar etdiklərini deməyə utanmırlar. Bizlərdən birimiz yaxın 25-30 il ərzində hegomon olacağıq. Bu yolda onlar ilişib qalacaqlar” - Stiven Bennon deyib.

“Əgər biz uduzmağa davam etsək, 5-10 il sonra elə bir nöqtəyə çatacağıq ki, artıq özümüzü bərpa etmək mümkün olmayacaq”.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp Çin tərəfindən əqli mülkiyyətin oğurlanması ilə bağlı araşdırma aparılmasına dair göstərişini verib. Rəsmi Vaşinqton ədalətli ticarəti təmin etmək məqsədi ilə ticari qaydaları bu səbəbdən sərtləşdirmək niyyətindədir. Tramp bildirib ki, bu, böyük bir addamdır. Bu açıqlamadan sonra ABŞ-Çin münasibətləri kəskin pisləşib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: ABŞ   Çin   Tramp  





Xəbər lenti