Nyu-Yorkda Trampa məzəli heykəl qoydular
"Bu nə trampı dəstəkləmək üçün, nə də onun əleyhinə olan bir aksiyadır. Məni sadəcə onun tvitlərinin gücü heyrətləndirir. Onun ünsiyyət manerası bir incəsənətdir, o insanları dəli edir".
Aleks yaradıcı işini "Trampsi" adlandırıb: "Mən küçə artistini, Trampsini yaratdım, o göyərçinləri yemləmək üçün öz işindən ayrı düşüb".
Qeyd edək ki, heykəl şəhər qonaqları və sakinlər arasında qısa vaxtda məşhurlaşıb. İnsanlar heykəllə şəkil çəkdirir.
Şahanə Rəhimli
AzVision.az