Rusiya və Fransadan yeni Suriya təklifləri

Rusiya və Fransadan yeni Suriya təklifləri
  11 Sentyabr 2013    Oxunub:1092
Rusiya və Fransa Suriyanın kimyəvi silahlarına nəzarətlə bağlı plan üzərində işləyir.
Rusiyanın müdafiə naziri Sergey Lavrov bildirib ki, təfərrüatlı plan Suriya ilə bərabər hazırlanır və sənəd yaxın zamanlarda digər ölkələrə təqdim ediləcək.

Fransanın xarici işlər naziri Laurent Fabius deyib ki, Fransa yeni təklifini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcək.

Təklif şuranın Suriyanın kimyəvi silahlari ilə bağlı məlumat verməsini tələb edən bəyannaməsinə əlavə olacaq.

Bu gün ABŞ prezdenti Barak Obama Konqresdə Suriyaya hərbi müdaxilə variantını müzakirə edəcək.

Dünən bir sıra müsahibələri zamanı ABŞ dövlət başçısı məsələnin diplomatic yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.

Bu axşam prezident televiziya vasitəsi ilə xalqa müraciət edəcək.


Teqlər:





Xəbər lenti