Polşadan Azərbaycana velosipedlə gəldi - VİDEO

Polşadan Azərbaycana velosipedlə gəldi - VİDEO
  18 Avqust 2017    Oxunub:3735
İyun ayından oğlu ilə səyahətə çıxan Polşa vətəndaşı velosipedlə Azərbaycana gəlib.
Minlərlə kilometr məsafəni qət edərək ölkəmizə gəlib çıxan əcnəbi Salyan rayonundan keçərkən jurnalistlərlə qarşılaşıb.

Arek Spitova (səyahətçi): "Biz səfərimizə Polşadan başlamışıq. Gürcüstan, İran və sonra da Azərbaycanda olmuşuq. Burada insanlar mehribandır".

O, adətlərimizin onda müsbət təəssürat yaratdığını bildirib. Bölgələrimizin zəngin təbiəti və tarixi abidələrimiz onu valeh edib.

Arek səyahətini Bakıda yekunlaşdırıb, təyyarə ilə Polşaya qayıdacaq. (ARB TV)



AzVision.az


Teqlər: Polşa   Azərbaycan  





Xəbər lenti