Ərdoğan krala başsağlığı verib

Ərdoğan krala başsağlığı verib
  18 Avqust 2017    Oxunub:1077
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İspaniya kralı VI Felipeyə Barselonada törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.
Türkiyə prezidenti İspaniyada baş verən terror aktını qətiyyətlə pisləyib.

Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Terror  





Xəbər lenti