Hər iki terroru İŞİD törədib

Hər iki terroru İŞİD törədib
  18 Avqust 2017    Oxunub:1230
İspaniyanın Kambrils şəhərindəki terror aktı Barselonadakı analoji hücumla əlaqəlidir.
AzVision.az xəbər verir ki, bunu Kataloniyanın Daxili İşlər Nazirliyi təsdiq edib.

“Hücumlar eyni istiqamətdə olub. Onlar arasında əlaqə mövcuddur”-deyə rəsmi məlumatda deyilib.

Bundan başqa İspaniya polisi Ripol şəhərində Barselonadakı terror aktı ilə əlaqədar şübhəli bilinən daha bir şəxsi saxlayıb.

Qeyd edək ki, ötən gün axşam Barselonadan 120 km məsafədə yerləşən Kambrilsdə 5 terrorçu avtomobili piyadaların üstünə sürüb, lakin polis tərəfindən zərərsizləşdiriliblər. Hadisə nəticəsində 7 nəfər, o cümlədən bir polis xəsarət alıb.

Həmin gün Barselonada da analoji terakt baş verib, 13 nəfər ölüb, 119 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

AzVision.az



Teqlər: İspaniya   Barselona   Terror   İŞİD  





Xəbər lenti