Əhalinin gəlirləri 7,5 faiz artıb

11:23   18 Avqust 2017    Oxunub: 321
Əhalinin gəlirləri 7,5 faiz artıb

Bu ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 27 milyard 716,9 milyon manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 85,9 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 milyard 373,5 milyon manatlıq vəsait qalıb.

AzVision.az

Teqlər: Statistika-Komitəsi    




Rubrikanın digər yazıları