Əsəd ordusu terrorçuları mühasirəyə alıb

  18 Avqust 2017    Oxunub : 381
Əsəd ordusu terrorçuları mühasirəyə alıb

Suriyanın hökumət qüvvələri Akerbat şəhərində terrorçuları mühasirəyə alıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terrorçular kiçik qruplarla avtomobillərdə, avtobuslarda və zirehli texnika ilə Deyr-zz-Zor şəhəri istiqamətində mühasirəni yarıb qaçmağa cəhd ediblər.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Hava Qüvvələrinin dəstəyi ilə Suriya qoşunlarının hücum dəstəsi son bir neçə gün ərzində Xsaya və Es-Savannet yaşayış məntəqələrində yerləşən yüksəkliklərə nəzarəti ələ alıb. Suriya qoşunlarının uğurlu əməliyyatı nəticəsində terrorçuların silah-sursatla təmin olunmasının qarşısı alınıb.

Qeyd edilib ki, Rusiya Hava Qüvvələri silahlı dəstələrin mühasirəni yarıb Deyr-zz-Zor şəhəri istiqamətində qaçısının qarşısını almaq məqsədi ilə pilotsuz uçuş aparatları vasitəsi ilə kəşfiyat əməliyyatları həyata keçirir.

Zirehli texnkalar, ağır silahlı yük maşınları, terrorçuların nəqliyyat vasitələri aşkar edilərək məhv edilir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Suriya   Terror   Rusiya