Azadlıq qəzeti: `Nəşriyyat məbləği qarışdırıb`

Azadlıq qəzeti: `Nəşriyyat məbləği qarışdırıb`
  10 Sentyabr 2013    Oxunub:1752
“Bizim nəşriyyata 40 min borcumuz yoxdur”.
AzVision.az-a açıqlamasında bu sözləri “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılovanın “qəzetin nəşriyyata 40 min manat borcu var” sözlərinə münasibət bildirərkən deyib.

“Nəşriyyat Mediaforuma açıqlama verib ki, qəzetin daynaması söhbəti yoxdur. Amma onlar pullarını tələb etməkdə israrlıdırlar. Düzdür, orada yazıblar ki, bizim 40 min borcumuz var, amma bizim o qədər borcumuz yoxdur. O, rəqəmləri qarışdırıb. Təxminən 20 min borcumuz var. “Qasid” firmasından 40 mindən çox alacağımız var. Alacağımızın yarısını ödəməliyik ora ki, bizim ümumiyyətlə borcumuz olmasın. “Qasid”də hazırda məsələni yubadır, bu gün üçün söz verilmişdi ki, müəyyən ödənişlər edilsin. Amma o qədər kiçik bir məbləğ ödənildi ki, heç nəşriyyata da ödəniləsi deyil. Dünən vəd edilən məbləğdən də azdır”.

S.Şərifov bildirib ki, qəzet hələ öz fəaliyyətini davam etdirəcək: “Bu onların qərarı idi ki, qəzetin nəşri dayandırılsın. Amma biz bütün imkanlardan istifadə edəcəyik ki, qəzet bir gün də olsa belə dayanmasın”.

Qeyd edək ki, dünən Azərbaycan Nəşriyyatının rəhbərliyi "Azadlıq" qəzetinə vaxt vermişdi ki, bu gün saat 3-ə qədər qəzet nəşriyyata 10 min manat ödəsin. Əsk halda qəzetin çapı dayandırılacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti