Rəsul Quliyev :`Cəmil Həsənli bir faiz səs toplayacaq`
O, bunları yazıb: `Bəziləri mənim Milli Şuradan azad edilməyim tələbi ilə çıxış edir. O günü səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, kimlərsə bu məsələni qaldırırsa, Milli Şura da bu təklifə reaksiya verməlidir`.
R.Quliyev Milli Şuranı ölü doğulmuş uşağa bənzıdib:`Milli Şura ideyasının həyata keçrilməsinə başlanıldığı andan bu günə qədər həmişə fikir ayrılığı olub və burada qeyri adi heç bir şey görmürəm. Məsələn mən düşünürdüm ki, M.Ş. üzvülərinin sayı 30-dan artıq olsa vaxtında və düzgün qərarlar qəbul etmək mümkün olmayacaq, ideya müəllifi 50 üzv barədə təklif vermişdi. Təəssüf ki,M.Ş-nın yaranmasında əsas məqsəd, azad seçkilər keçirmək şəraitinə nail olmaq ideyası bir qırağa atıldı gələcəkdə yarana biləcək M,Ş,-da partiya və şəxsi maraqlara xidmət edəcək bir təşkilat yaradılmasına cəhd edildi. Əslində M.Ş.-a və ya ona bənzər başqa adlı bir təşkilat 2012-ci ilin əvvəlində yaranmalı idi. İki illik məqsədyönlü həm xaricdə, həmdə daxildə aparılan mübarizə, ölkəni qisməndə olsa bu arzuya yaxınlaşdıra bilərdi. Nəyə görə qismən? Çünki hökümətin imkanları həm daxildə ,həmdə xaricdə məsələn 2005-ci illə müqayisədə dahada güclənib. Həmişə olduğu kimi özünü müxalifət adlandıranlar hadisələri düzgün qiymətləndirə bilmədilər`.
Müxalifətin seçkilərdə qalib gələcəyinə inanmayan R.Quliyev seçki sonrakı yaranacaq vəziyyət haqda bunları yazıb: “Hər halda hökumətin başında olanların yazdığı həm çinovniklərin, həm də Milli Şuradan olan bəzilərinin oynadığı ssenarinin epiloqu belə olacaq.
Rusiya, Türkiyə, İran və ümumiyyətlə 100-ə yaxın ölkə İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edəcək.
İlham Əliyev 72-80, ikinci yerdə gələcək İqbal Ağazadə 5 faizə qədər səs toplayacaq. Əgər Cəmil müəllimi seçkiyə buraxsalar, ya axırıncı, ya da axırdan ikinci olacaq. Maksimum 1 faiz səs toplayacaq.
AzVision.az
Teqlər: