Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edir

  18 Avqust 2017    Oxunub : 403
Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edir

Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin harada məskunlaşacağından aslı olmayaraq, onun ekstradisiya edilməsini tələb edir.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prokurorluq Saakaşvilinin ekstardisiya olunması üçün bir neçə ölkəyə, o cümlədən Ukraynaya müraciət ünvanlayıb.

Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Saakaşvili barəsində 4 cinayət işi açılıb və onun qalacağı istənilən ölkədən Gürcüstana təhvil verilməsi tələb olunacaq.

Qeyd edək ki, cari ilin iyul ayının sonunda Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini Ukrayna vətəndaşlığndan çıxarıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gürcüstan   Saakaşvili   Ukrayna