Ərdoğan türkləri Merkelin partiyasına səs verməməyə çağırdı

  18 Avqust 2017    Oxunub : 444
Ərdoğan türkləri Merkelin partiyasına səs verməməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türkləri növbəti seçkilərdə kansler Angela Merkelin partiyasını dəstəkləməməyə çağırıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Merkel tərəfdarlarını türklərin düşməni adlandırıb.

“Bunlar Türkiyənin düşmənidirlər. Onları dəstəkləməyin. Səslərinizi müsəlmanlara qarşı kəskin mövqedə olmayan partiyalara verin. Bu, Almaniyada yaşayan türklərin, vətəndaşlarımızın şərəf mübarizəsizdir. Onların ağlına ehtiyacımız yoxdur. Orada bir milyona yaxın türk seçici var. Onlar səslərini doğru ünvana verib, Türkiyəyə qarşı hörmətsizlik edən partiyalara cavab verməlidirlər. Biz hazırda üzərimizə düşən diplomatik vəzifəmizi görürük. Bunu Almaniyadan da tələb edirik. Orada olan terorrçuları geri istəyirik. Onlar günahkarı, biz isə terrorçunu istəyirik. 4500 terorçunun sənədini xanım Merkelə verdim. Hələ də gözləyirik”-deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, Almaniya Avropa Biriliyinin təməl prinsiplərinə zidd olan ölkədir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Türkiyə   Ərdoğan   Merkel   Almaniya