ABŞ-da gözlənilməz istefalar - “İncəsənət Komitəsi” Trampa qarşı

  19 Avqust 2017    Oxunub : 636
ABŞ-da gözlənilməz istefalar - “İncəsənət Komitəsi” Trampa qarşı

ABŞ prezidenti Donald Trampın 16 nəfərdən ibarət olan “İncəsənət Komitəsi” istefa verib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “İncəsənət Komitəsi”nin 16 üzvü Şarlottesvilldəki aksiyalardan sonra Trampın həddindən artıq sağçı millətçiləri müdafiə etməsinə etiraz edərək istefa qərarı verib.

Bununla bağlı komitə üzləri ABŞ prezidentinə məktub göndəriblər.

Qeyd edək ki, “İncəsənət Komitəsi” 1892-ci ildə yaradılıb. Komitə prezidentə mədəni məsələlərdə müşavirlik edir.

AzVision.az



Teqlər: ABŞ   Tramp