Pentaqon rəhbəri Türkiyəyə gedir

13:04   19 Avqust 2017    Oxunub: 401
Pentaqon rəhbəri Türkiyəyə gedir

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Pentaqon rəhbərinin səfəri avqustun 23-də baş tutacaq.

Səfər çərçivəsində Ceyms Mattis Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.

AzVision.az

Teqlər: ABŞ   Pentaqon   Türkiyə    




Rubrikanın digər yazıları