İlham Əliyev Gədəbəydə zavodun açılışında iştirak edib

İlham Əliyev Gədəbəydə zavodun açılışında iştirak edib
  11 Sentyabr 2013    Oxunub:1440
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəydə "Azerbaijan International Mining Company Limited" şirkətinin yeni zavodunun açılışında iştirak edib.

Bildirilib ki, yeni zavodun tikintisinə ötən il başlanılıb, bu ilin iyununda başa çatdırılıb. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaq ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaq. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verilib ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilib.

Bildirilib ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olmuş, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilib.
Prezident İlham Əliyev zavodu işə salıb.

Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti