Prezident İlham Əliyev Şəmkirdə

Prezident İlham Əliyev Şəmkirdə
  11 Sentyabr 2013    Oxunub:1035
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidenti Şəmkirdə Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub, Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, Mərkəzin ətrafında salınan parkda yaradılmış şəraitlə maraqlanıb.

Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bakı Oksford Məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılışında iştirak edib.

Sonra Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə də tanış olub.

AzVision.az


Teqlər:





Xəbər lenti