Naxçıvan həkimlərindən aksiya

Naxçıvan həkimlərindən aksiya
  01 Mart 2013    Oxunub:1855

23 fevral - 5 mart tarixləri arasında Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları aparılması planlaşdırılır.
Əməliyyatlar Mərkəzi Neftçılər Xəstəxanasının Ürək–Damar Xəstəlikləri Mərkəzinin müdiri, t.f.d. Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərdən ibarət həkim personalı və yerli mütəxəssislər tərəfindən aparılacaq.

Mərkəzdə həmçinin 50 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tərbiq ediləcək. Bu günə qədər 14 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb. Onlardan 6-sı anadangəlmə ürək qüsurları olan körpələrdir. Bu əməliyyatlar uğurla başa çatıb.

Bundan başqa, tədbir çərçivəsində rezident və gənc həkimlərin praktiki və nəzəri təcrübəsinin artırılması məqsədilə İzmir şəhərindən dəvət olunan professor Suat Buket tərəfindən treninq kursları təşkil edilib.

Bu gün həm də Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyi tərəfindən “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı elmi-praktik konfrans da keçirilib. Bu sahəyə aid müxtəlif mövzular, dünya səhiyyə aləmində əldə edilən ən son nailiyyətlər müzakirə edilərək iştirakçıların diqqətinə çatdırılıb.

Səməd Canbaxşiyev
Naxçıvan


Teqlər:





Xəbər lenti