Ermənistanda kəşfiyyat komandiri intihar edib - Yenilənib

Ermənistanda kəşfiyyat komandiri intihar edib - Yenilənib
  21 Avqust 2017    Oxunub:5604
Ötən gün hərbi hissədə meyiti tapılan 26 yaşlı erməni kapitan Andranik Mkrtçyan Araqatsodi vilayətinin Aparan kəndinin sakini olub.

AzVision.az xəbər verir ki, Aparan hərbi komissarının müavini Koçaryanın verdiyi məlumata görə, Andranik Mkrtçyanın özündən böyük qardaşı da zabitdir.
Məlumata görə, kapitan son günlər Ermənistanın Mehridə yerləşən hərbi hissəsinin kəşfiyyat bölüyünə komandir kimi göndərilib.

İlkin versiyaya görə, 26 yaşlı kapitan öz otağında çənə nahiyəsinə atəş açaraq intihar edib. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

***

Avqustun 20-də saat 16:20 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü kapitan Andranik Armen Mkrtçyanın cəsədi tapılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Aparan hərbi komissarlığından orduya çağırılan Mkrtçyanın çənə nahiyyəsindən odlu silahla vurulduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ölüb.

AzVision.az xəbər verir ki, məlumatı “Tert.am”-a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

O, yaxın vaxtlarda rəsmi məlumatın olacağını bildirərək, hərbçinin ölümünə dair detalları açıqlamayıb.

“Armlur.am” saytının yaydığı məlumata görə, hərbi hissələrdən birində (Mehridə yerləşən hərbi hissə) müqaviləli hərbçi xidməti otağında ölü tapılıb. Məlumata görə, hərbi qulluqçunun rütbəsi kapitan olub.

Ölüm səbəbinin intihar və silahdan ehtiyatsız davranma olması ilə bağlı araşdırma aparılır.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Erməni-təxribatı  





Xəbər lenti