Serbiya bu ölkədəki bütün diplomatlarını geri çağırdı

Serbiya bu ölkədəki bütün diplomatlarını geri çağırdı
  21 Avqust 2017    Oxunub:4143
Serbiya Makedoniyanın paytaxtı Skopyada olan bütün diplomatik nümayəndələrini geri çağırıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə milli televiziya Serbiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, səfir Duşanka Divyak Tomiç ötən gecə Belqrada gedib. Diplomatlar təcili məsləhətləşmə üçün geri çağırılıblar.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya Makedoniyadan diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün əlavə tədbrilər görməyi istəyib.

Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin bu gün xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Serbiya   Makedonya  





Xəbər lenti