Kim Çen In düşmənin bir addımlığına gəldi

Kim Çen In düşmənin bir addımlığına gəldi
  22 Avqust 2017    Oxunub:1565
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə sərhəddəki hərbi hissəyə baş çəkib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya mətbuatının yaydığı məlumata görə, Kim Çen In sərhəddən bir kilometr aralıda yerləşən hərbi hissəyə gizli gəlib. Səfərin məqsədi gizli saxlanılır, detalları açıqlanmır.

Qeyd edək ki, bundan öncə rəsmi Pxenyan Cənubi Koreya ilə ABŞ-ın birgə təlimlərini tənqid edib. Bildirilib ki, birgə tədbirlərə qarşı sərt cavab veriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Koreya   Kim-Çen-In  





Xəbər lenti