Erməni redaktordan Xocalı etirafı

Erməni redaktordan Xocalı etirafı
  01 Mart 2013    Oxunub:702
Erməni redaktor: "Xocalıya görə məsuliyyəti öz üzərimizə götürməliyik"
Türkiyədə erməni dilində yayımlanan "Agos" qəzetinin erməni əsilli baş redaktoru Rober Koptaş köşə yazısında Xocalı soyqırımından bəhs edib.
"Xocalı məsuliyyəti" adlı yazısında baş redaktor ermənilərin məsuliyyəti öz üzərlərinə götürməli olduğunu qeyd edib. "Xocalı məsuliyyəti" başlıqlı yazıda bu ifadələr yer alıb:
"Bundan 21 il əvvəl Xocalıda yaşananlar böyük bir qətliam və insanlıq tragediyası idi. Xocalıda təxminən 7 min insan yaşayırdı. 26 fevral 1992-ci il gecəsi, ermənilər "təhlükəsiz yollarla" şəhəri tərk etməkdə olan dinc azərbaycanlıları atəşə tutdu.
Onlara qarşı insanlığa siğmayan hərəkətlərə yol verdi. Araşdırmaçı Tomas De Vol illər sonra Ermənistanın hazırki prezidenti Serj Sərkisyandan Xocalı barədə soruşmuşdu. Sərkisyanın qısa cavabında məsələnin iç üzünün açan önəmli cümlə var idi: "Azərbaycanlılar həmişə düşünürdü ki, ermənilər məsum insanlara əl qaldırmazlar, amma bu belə deyil. Xocalıda dinc əhali var idi. Orada bir etnik təmizləmə oldu".


Teqlər:  





Xəbər lenti