Rezidenturaya ixtisas seçimi başladı

Rezidenturaya ixtisas seçimi başladı
  11 Sentyabr 2013    Oxunub:1071
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya ixtisas seçiminə başlayır.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün sentyabrın 9-da və 10-da keçirilən test imtahanının nəticələri açıqlanıb.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 821 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
İmtahanın hər iki mərhələsi üzrə onun məzmunu ilə əlaqədar müraciətlərə 11-13 sentyabr tarixlərində (hər gün saat 10-00-dan 17-00 dək) TQDK-nın əsas binasında Apelyasiya Komissiyası tərəfindən baxılacaq.

Rezidenturaya ixtisas seçimi sentyabrın 11-də saat 12:00-dan sentyabrın 16-sı saat 9:00-dək aparılacaq. Müsabiqə şərtlərini ödəyən namizədlər həmin müddətdə TQDK-nın internet saytının müvafiq səhifəsindəki ona aid ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisas seçimini yerinə yetirib təsdiqləməlidirlər.
Müsabiqəyə yalnız ixtisas seçimini yerinə yetirib təsdiqləyən namizədlər buraxılacaqlar.

TQDK-dan bildirilib ki, plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq 060935 Sosial gigiyena və səhiyyənin təşkili, 060936 Gigiyena, 060937 Mikrobiologiya, 060938 Laboratoriya işi, 060939 Genetika və 060940 Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilib, digər ixtisaslar üçün isə müsabiqə şərtləri, yəni baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyib.


Teqlər:





Xəbər lenti