Rakka yenidən bombalandı - 78 ölü

18:51   22 Avqust 2017    Oxunub: 452
Rakka yenidən bombalandı - 78 ölü

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya təyyarələrinin Suriyanın Rakka şəhərinə etdiyi hava hücumu nəticəsində 78 mülki vətəndaş həlak olub.

AzVision.az "CANA" agentliyinə istinadən xəbər verir ki, şəhərə edilən hücumlarla əlaqədar təxminən 450 min vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Rakka şəhəri İŞİD terror təşkilatının nəzarəti altındadır.

AzVision.az

Teqlər: Rakka   İŞİD    




Rubrikanın digər yazıları