İki Koreya razılaşdı

İki Koreya razılaşdı
  11 Sentyabr 2013    Oxunub:1224
İki Koreya dövləti birgə sənaye kompleksini yenidən açacaq.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Şimali və Cənubi Koreya dövlətləri birgə sənaye zonası Kesonu yenidən açmaq barədə razılaşıblar.

Cənubi Koreyanın Unifikasiya Nazirliyindən verilən məlumata görə, iki tərəf arasında gecə baş tutan danışıqlardan sonra sənaye kompleksinin sentyabrın 16-da açılması planlaşdırılıb.

Xatırladaq ki, zavodun fəaliyyəti Şimali Koreyanın öz işçilərini kompleksdən uzaqlaşdırdıqdan – aprel ayından sonra dayandırılıb. Şimali Koreyada yerləşən kompleksdə 123 Cənubi Koreyaya aid zavod fəaliyyət göstərir. 50 min Şimali Koreya vətəndaşı isə zavodun işçisidir.

AzVision.az


Teqlər:





Xəbər lenti