Neymara qarşı 8,5 milyonluq iddia

  22 Avqust 2017    Oxunub : 840
Neymara qarşı 8,5 milyonluq iddia
"Barselona" klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, klub braziliyalı futbolçunun müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb.

“Barselona” bununla bağlı avqustun 11-də qaldırdığı məhkəmə iddiasını Fransa Futbol Federasiyasına və FIFA-ya göndərib. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb.

Qeyd edək ki, Neymar PSJ klubuna 222 milyon avroya transfer olunub.

AzVision.az

Teqlər: Barselona   Neymar