2 sabiq erməni deputat səfir göndərilib

2 sabiq erməni deputat səfir göndərilib
  23 Avqust 2017    Oxunub:1005
Ermənistanda 2 sabiq deputat səfir təyin edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şoumen Qarik Martirasyanın qardaşı Levon Martirosyan Kanadaya, keçmiş xarici işlər naziri, Ümummilli Erməni Hərəkatin üzvü Alik Arzumanyan isə Danimarkaya səfir göndərilib.

“Hraparak”-ın məlumatına görə, Arzumanyan bu gecə səfir səlahiyyətlərini icra etmək üçün Danimarkaya yola düşüb.

Levon Martirasyan isə sentyabırın 1-də Kanadaya gedəcəyini, etimadnaməsini ayın ortalarında təqdim edəcəyini bildirib.

Arzu Hüseynəliyeva
AzVision.az



Teqlər: Ermənistan   Səfir  





Xəbər lenti