Ədliyyə Nazirliyi Əli İnsanova cavab verdi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov AzVision.az-a açıqlamasında bildirib ki, məhkəmə məsələyə baxıb, aidiyyatı üzrə qərar qəbul edəcək:`Hər bir məhkum məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur. Məhkəmə məsələyə baxıb, aidiyyatı üzrə qərar qəbul edəcək`.
Qeyd edək ki, Əli İnsanovun vəkili Toğrul Babayev mətbuata açıqlamasında deyib ki, Əli İnsanovun iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub: `Avropa İnsan Hüquqları Məhkəməsinin 14 iyun 2013-cü ildə qüvvəyə minmiş qərarında sabiq nazirin uzun müddət ağır şəraitdə saxlandığı, Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqlarının pozulduğu qeyd edilib.İddiada Əli İnsanovun Avropa standartlarına uyğun məkana keçirilməsi tələbi yer alır`.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında tutulub və iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.
Nihadə Eyyubova