"Putin ittifaqı" Türkiyə ilə əməkdaşlığa hazırdır

"Putin ittifaqı" Türkiyə ilə əməkdaşlığa hazırdır
  23 Avqust 2017    Oxunub:1456
Xəbər verdiyimiz kimi, Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətindədir. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir açıqlamasında qeyd edib ki, Türkiyə və Rusiya bir-birlərini tamamlayır və rəqib deyillər.
“Bizim təklifimiz var ki, Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq barədə danışıqlara başlasın. Türkiyə Avropa İttifaqı ilə müvafiq sazişləri pozmadan Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq yaratmaq istəyir”.

Türk nazirin bu açıqlaması Ermənistanı təşvişə salıb. Erməni ekspertlər hesab edirlər ki, prezident Serj Sarkisyanın təcili Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşü bu məsələ ilə əlaqədardır.

Avrasiya İqtisadi İttifaqının mətbuat xidmətinin nümayəndəsi Yulya Nazarova "Haykakan Jamanak"-a açıqlamasında bildirib ki, Türkiyədən üzvülüklə bağlı onlara müraciət daxil olmayıb.

“Hələ Türkiyədən rəsmi müraciət almamışıq. Avrasiya İqtisadi İttifaqı üçüncü ölkələrlə qarşılıqlı əməkdaşlığa hazırdır və müxtəlif formatlarla əməkdaşlıq təklif edə bilər".

Arzu Hüseynəliyeva
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Putin   Ermənistan  





Xəbər lenti