İlham Əliyev qızının gördüyü işlərdən danışdı

İlham Əliyev qızının gördüyü işlərdən danışdı
  11 Sentyabr 2013    Oxunub:1216
`Bu yaxınlarda Dünya İqtisadi Forumu yeni bir hesabat dərc edib. Orada ölkələrin rəqabətqabiliyyətliliyi əks olunur. Azərbaycan dünya miqyasında 39-cu yerdədir, bu gün çox inkişaf etmiş ölkələri geridə buraxıb. MDB məkanında birincidir, dünya miqyasında 39-cudur`.

AzVison.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, hər bir vətəndaş, hər bir ailə üzvü, mən dəfələrlə deyirəm, bir məqsədə qulluq etməlidir ki, ölkə daha da güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da artsın və biz tezliklə işğala son qoyaq:

-` Mən çox şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak edirlər. Leylanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?! Artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Yəni, bu, “Xocalıya ədalət” kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı.

Müxtəlif ölkələrə məktublar, təqdimatlar göndərildi. Bu gün artıq bu proses gedir. Xocalı qırğınını soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artacaqdır. Biz düşmənə hər tərəfdən təzyiq etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən öz siyasətimizi aparacağıq. Çünki bizim bir əsas məqsədimiz vardır: ərazi bütövlüyümüzün bərpası, köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası`.

AzVision.az


Teqlər:





Xəbər lenti