Putin Ermənistana getməyəcək

Putin Ermənistana getməyəcək
  11 Sentyabr 2013    Oxunub:984
Rusiya prezidenti səfərini təxirə salıb.
Sentyabr ayının ikinci yarısında Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri nəzərdə tutulurdu. Lakin Kremlə yaxın olan məlumatlı mənbələrdən verilən xəbərə görə, Rusiya prezidenti Yerevana səfərini təxirə salıb. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir. Səfərin təxirə salınmasının səbəbləri hələlik açıqlanmayıb. Lakin belə güman olunur ki, Putin artıq Ermənistandan almaq istədiklərini alıb.

Yalnız özünə məlum olan səbəblərdən Putin, prosesi sürətləndirərək Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri zamanı hər şeyi həll etdi. Bunun nəticəsi olaraq Putinin Ermənistana səfərinə ehtiyac qalmadı.

Həmçinin ehtimal olunur ki, Putin öz ünvanına yönəlmiş narazılıqlara həssaslıqla yanaşır, odur ki, Ermənistana səfəri zamanı orada güclənməkdə olan anti-rusiya əhval-ruhiyyəsinin şahidi olmaq istəmir.

Qeyd edək ki, Serj Sarkisyanın Moskvaya son səfərində Ermənistan Gömrük İttifaqına daxil oldu. Bununla da Avropa Birliyi ilə münasibətlərə ciddi zərbə vurdu.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti