Putin və Sarkisyan Qarabağı müzakirə edib - Yenilənib

Putin və Sarkisyan Qarabağı müzakirə edib - Yenilənib
  24 Avqust 2017    Oxunub:4157
Soçidə Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında görüş başa çatıb.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dair məsələlər müzakirə edilib.

“Biz siyasi dialoqu intensiv şəkildə davam etdiririk, iqtisadiyyat, təhlükəsizlik və hərb işi sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Biz. həmçinin beynəlxalq təşkilatlar və birliklər çərçivəsində aktiv əməkdaşlıq edirik”, - Putin deyib.

***
(20:23)

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.

Hazırda görüş davam edir. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.

AzVision.az


Teqlər: Putin   Sarkisyan   Soçi   Qarabağ   Rusiya   Ermənistan  





Xəbər lenti