Mitinq keçirmək üçün yerlər - SİYAHI
AzVision.az xəbər verir ki, rəsmi dövlət qəzeti “Azərbaycan” 11 sentyabr sayında ölkənin rayon və şəhər mərkəzlərində sərbəst toplaşmağın mümkün olduğu açıq və qapalı məkanların siyahısını dərc edib. Bəs harada toplaşma icazə verilir?
Siyahı
1. Binəqədi rayonu, açıq məkan - Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə, Sulutəpə yaşayış məntəqəsi, 4-cü Mədən yolu. Qapalı məkan - Binəqədi qəsəbəsi, İdman kompleksinin örtülü zalı, 2-ci Mədən küçəsi 93
2. Xətai rayonu, açıq məkan - Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydançaZığ yolu küçəsi 18, qapalı - Əhmədli qəsəbəsi, “Bakı” kinoteatrı Sarayevo küçəsi 20
3. Xəzər rayonu, açıq məkan - Türkan qəsəbə parkının yanındakı meydan, Türkan qəsəbəsi, Xanlar küçəsi. Qapalı məkan - Mərdəkan qəsəbəsi, Nizami adına mədəniyyət evi Yesenin küçəsi 44
4. Qaradağ rayonu, Açıq məkan - Sahil qəsəbəsi tamponaj idarəsinin qarşısındakı boş meydança, Sahil qəsəbəsi Balıqçılar küçəsi, qapalı məkan - Sahil qəsəbəsi, tamponaj idarəsinin akt zalı, Balıqçılar küçəsi
5. Nərimanov rayonu, Açıq məkan - “Ulduz” metro stansiyasının qarşısındakı meydan, Araz küçəsi 4, Qapalı məkan - Əhalinin mədəni kütləvi tədbirlər evi, Həsənoğlu küçəsi 2
6. Nizami rayonu, Açıq məkan - 8 Km. yaşayış sahəsi ərazisindəki idman meydançası, 2386-cı məhəllə, qapalı məkan - Keşlə qəsəbəsi, Əhalinin mədəni kütləvi tədbirlər evi, Sabir küçəsi 1
7. Nəsimi rayonu, Açıq məkan – 1-i mikrorayon ərazisində yerləşən parkdakı meydança, Asif Məhərrəmov küçəsi, 27 A, qapalı məkan - “Sənayeavtomatika” İB-in klubu, G.Səfərəliyeva küçəsi 22
8. Sabunçu rayonu, Açıq məkan - Bakıxanov qəsəbəsində yerləşən “Azneftgeofizika” Trestinin qarşısındakı idman meydançası, Yavər Əliyev küçəsi, qapalı məkan - Sabunçu qəsəbəsi, “Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin akt zalı, Ə.Məmmədəliyev küçəsi 2
9. Səbail rayonu, Açıq məkan - 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança, Elçin Əzizov küçəsi, qapalı məkan - Bibiheybət qəsəbəsi, Mədəniyyət evi Məktəb küçəsi 5
10. Suraxanı rayonu, Açıq məkan - Hövsan qəsəbəsi, Mədəniyyət evinin qarşısındakı meydança, C.Xanməmmədov küçəsi 19 b, qapalı məkan - Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət Sarayı, K.İsmayılov küçəsi 18
11. Yasamal rayonu, Açıq məkan - Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionu, M.Seyidov küçəsi, 3155-ci məhəllə, qapalı məkan - Əhalinin mədəni kütləvi tədbirlər evi, A.M.Şərifzadə küçəsi 108
12. Pirallahı rayonu, Açıq məkan - Pirallahı qəsəbəsi ərazisindəki boş meydança, S.Vurğun küçəsi 56, qapalı məkan - Pirallahı qəsəbəsi, İdman kompleksinin örtülü zalı, S.Vurğun küçəsi 54
13. Gəncə şəhəri, Açıq məkan - “Spartak” stadionu, qapalı məkan - C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı
14. Sumqayıt şəhəri, Açıq məkan - “İnşaatçılar” stadionu, qapalı məkan - “Nizami” kinoteatrı
15. Yevlax şəhəri, Açıq məkan - C.Mustafayev küçəsində yerləşən idman meydançası, qapalı məkan - Dəmiryolçular klubu
16. Şirvan şəhəri, Açıq məkan - “Sərvət” şadlıq evinin arxasındakı ərazi, qapalı məkan - Şirvan şəhər Mədəniyyət evi
17. Naftalan şəhəri, Açıq məkan - “Ay-ulduz” şadlıq sarayının yanındakı ərazi, Açıq məkan - Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi
18. Mingəçevir şəhəri, Açıq məkan - Mingəçevir şəhər sürücülük məktəbinin təlim sahəsi, qapalı məkan - Naxçıvan küçəsi 10/44 ünvanında yerləşən Mədəniyyət evi
19. Şəki şəhəri, Açıq məkan - 7 saylı Şəki “Avtonəqliyyat” ASC-nin həyəti, qapalı məkan - “Şəki-Tütün” ASC-yə məxsus inzibati binanın iclas zalı
20. Lənkəran şəhəri, Açıq məkan - Olimpiya İdman Kompleksinin qarşısındakı ərazi, qapalı məkan - Yuxarı Xanbulan Hidroqovşağı İstismar İdarəsinin inzibati binasının iclas zalı
21. Abşeron rayonu, Açıq məkan - Meşə idarəsinin yaxınlığındakı ərazi, qapalı məkan - Xırdalan şəhər “Quşçuluq” yaşayış massivindəki mərasim evi
22. Ağcabədi şəhəri, Açıq məkan - Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin həyəti, qapalı məkan - Qarabağ Muğam Mərkəzi
23. Ağdam* şəhəri , qapalı məkan - Quzanlı qəsəbə Musiqi kolleci
24. Ağdaş şəhəri, Açıq məkan - Dövlət Humanitar Kollecinin idman meydançası, qapalı məkan - Kooperatorlar Cəmiyyətinin iclas zalı
25. Ağstafa şəhəri, Açıq məkan - Ağstafa şəhər stadionu, qapalı məkan - Ağstafa Elektrik Şəbəkəsinin iclas zalı
26. Ağsu şəhəri, Açıq məkan - “Ağsu Avtonəqliyyat” ASC-nin həyəti, qapalı məkan - Ağsu “Aqrotexservis” ASC-nin klubu
27. Astara şəhəri, Açıq məkan - Astara şəhər Kələdəhnə Mədəniyyət evinin qarşısındakı meydan, qapalı məkan - Astara şəhər Kələdəhnə Mədəniyyət evi
28. Balakən, Açıq məkan - Barama Toxumu Zavodunun həyəti, qapalı məkan - Qullar kənd Mədəniyyət evi
29. Beyləqan, Açıq məkan - Beyləqan “Pambıq ASC”-nin pambıq qəbulu məntəqəsinin həyəti, qapalı məkan - Suvarma sistemləri idarəsinin akt zalı
30. Bərdə, Açıq məkan - “Etalon” MMC-nin qarşısındakı ərazi, qapalı məkan - “CTS Aqro” MMC Bərdə Pambıq İstehsalı və Emalı Zavodunun iclas zalı
31. Biləsuvar, Açıq məkan - Biləsuvar Rayon Cənub Muğan Kanal İstismar İdarəsinin həyəti, qapalı məkan - Cənub Muğan Kanal İstismar İdarəsinin iclas zalı
32. Cəlilabad, Açıq məkan - “Aqrotexservis” ASC-nin həyəti, qapalı məkan - “Aqrotexservis” ASC-nin iclas zalı
33. Daşkəsən, Açıq məkan - Bayraq meydanının yaxınlığındakı ərazi, qapalı məkan - Daşkəsən şəhər mərasim evi
34. Füzuli, qapalı məkan - Horadiz şəhər Mədəniyyət evi
35. Gədəbəy, Açıq məkan - Gədəbəy sürücülük məktəbinin təlim sahəsi, qapalı məkan - Gədəbəy şəhər klubu
36. Goranboy, Açıq məkan - Yağlı boya zavodunun yaxınlığındakı ərazi, qapalı məkan - Goranboy şəhər klubu
37. Göygöl, Açıq məkan - 5 saylı tam orta məktəbin yaxınlığındakı ərazi, qapalı məkan - Göygöl şəhər Mədəniyyət evi
38. Göyçay, Açıq məkan - Göyçay şəhər stadionu, qapalı məkan - “Şirvansutikinti” Törəmə müəssisəsinin iclas zalı
39. Hacıqabul, Açıq məkan - Bayraq meydanının cənub hissəsindəki boş sahə, qapalı məkan - H.Həmidov küçəsindəki mərasim evi
40. Xaçmaz, Açıq məkan - Xaçmaz şəhər idman meydançası, qapalı məkan - Xaçmaz şəhər Mədəniyyət evi
41. Xızı, Açıq məkan - Xızı şəhərinin girəcəyindəki boş ərazi, qapalı məkan - Cəfər Cabbarlı adına Mədəniyyət evi
42. İmişli, Açıq məkan - M.Əzizbəyov küçəsindəki boş ərazi, qapalı məkan - İmişli şəhər Mədəniyyət evi
43. İsmayıllı, Açıq məkan - Qaz istismar sahəsinin yanındakı ərazi, qapalı məkan - Statistika idarəsinin iclas zalı
44. Kürdəmir, Açıq məkan - Kürdəmir şəhər stadionu, qapalı məkan - Xırdapay kənd Mədəniyyət evi
45. Qax, Açıq məkan - Şəhər idman meydançası, qapalı məkan - “Qax taxıl” ASC-nin iclas zalı
46. Qazax, Açıq məkan - Qazax şəhər stadionu, qapalı məkan - Qazax bələdiyyəsinin iclas zalı
47. Qəbələ, Açıq məkan - Turizm və hotelçilik üzrə peşə məktəbinin həyəti, qapalı məkan - Suvarma sistemləri idarəsinin iclas zalı
48. Qobustan, Açıq məkan - Şəhərin “Son“ adlanan hissəsində, asfalt zavoduna gedən yolun sağ tərəfindəki sahə, qapalı məkan - “Aqrotexservis” MMC-yə məxsus binanın iclas zalı
49. Quba, Açıq məkan - Yusif Qasımov küçəsindəki boş ərazi, qapalı məkan - Nizami adına kinoteatr
50. Qusar, Açıq məkan - Qusar-Köhnə Xudat avtomobil yolunun kənarında yerləşən "Şəfəq" futbol meydançası, qapalı məkan - Qusar şəhər İncəsənət məktəbi
51. Lerik, Açıq məkan - Lerik şəhər Gənclik stadionu, qapalı məkan - Lerik şəhər Mədəniyyət evi
52. Masallı, Açıq məkan - Masallı Rayon İstehsal-istehlak Kooperativinin həyəti, qapalı məkan - Masallı Rayon İstehsal-istehlak Kooperativinin iclas zalı
53. Neftçala, Açıq məkan - Neftçala şəhər stadionu, qapalı məkan - Neftçala şəhər Mədəniyyət evi
54. Oğuz, Açıq məkan - Oğuz şəhərinin girəcəyindəki boş ərazi, qapalı məkan - Oğuz şəhər musiqi məktəbi
55. Saatlı, Açıq məkan - Saatlı şəhəri H.Əliyev prospekti -178 “İstirahət parkı”nın yanındakı meydan, qapalı məkan - 17 nömrəli Tikinti-Quraşdırma İdarəsinə məxsus binanın iclas zalı
56. Sabirabad, Açıq məkan - Sabirabad şəhər stadionu, qapalı məkan - Sabirabad Peşə Liseyinin iclas zalı
57. Salyan, Açıq məkan - Sərnişindaşıma nəqliyyat müəssisəsinin ərazisi, qapalı məkan - Babazanan mərasim evi
58. Samux, Açıq məkan - Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yaxınlığındakı ərazi, qapalı məkan - Samux şəhər Mədəniyyət evi
59. Siyəzən, Açıq məkan - Siyəzən şəhər idman meydançası, qapalı məkan - Siyəzən şəhər Mədəniyyət evi
60. Şabran, Açıq məkan - Şabran şəhər idman meydançası, qapalı məkan - Su-kanal idarəsinin iclas zalı
61. Şamaxı, Açıq məkan - Şamaxı Rayon Suvarma Sistemləri İdarəsinin həyəti, qapalı məkan - Təhsil İşçilərinin Həmkarlar İttifaqının iclas zalı
62. Şəmkir, Açıq məkan - V.Xuluflu adına Şəmkir şəhər Mədəniyyət evinin qarşısındakı meydan, qapalı məkan - Şəmkir şəhər klubu
63. Tərtər, Açıq məkan - Bayraq meydanının yaxınlığındakı ərazi, qapalı məkan - Gənclər Mərkəzi
64. Tovuz, Açıq məkan - Tovuz şəhər stadionunun yanındakı ərazi, qapalı məkan - Tovuz Konserv Zavodunun klubu
65. Ucar, Açıq məkan - Ucar şəhər stadionu, qapalı məkan - Ucar bələdiyyəsinin iclas zalı
66. Yardımlı, Açıq məkan - Xətai küçəsindəki fəaliyyət göstərməyən ticarət mərkəzinin ərazisi, qapalı məkan - Nizami adına klub
67. Zaqatala, Açıq məkan - Şəhərin Qazangül adlanan ərazisindəki futbol meydançası, qapalı məkan - Rayon Kooperativlər Cəmiyyətinin iclas zalı
68. Zərdab, Açıq məkan - Zərdab şəhər stadionu, qapalı məkan - Zərdab şəhər Mədəniyyət evi
• Ağdam və Füzuli rayonları cəbhə xəttinə yaxın olduqları üçün bu rayonlarda açıq yer nəzərdə tutulmayıb.
• İşğal altında olan rayonların seçiciləri müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilərlər.