Rusiya səfiri evində ölü tapılıb

Rusiya səfiri evində ölü tapılıb
  24 Avqust 2017    Oxunub:3058
Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski paytaxt Xartumdakı evində ölü tapılıb.
TASS-ın verdiyi xəbərə görə, Rusiyanın Sudandakı səfirliyinin mətbuat katibi Sergey Konyaşin diplomatın ürək tutmasından vəfat etdiyini bildirib. O qeyd edib ki, səfirin həyatını xilas etmək mümkün olmayıb.

1954-cü ildə anadan olan M.Şirinski Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra diplomatik fəaliyyətə başlayıb. O, Sudandan əvvəl Yəməndə, Səudiyyə Ərəbistanında və Ruandada çalışıb. M.Şirinski 2013-cü ildə Rusiyanın Sudandakı səfiri vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər: Rusiya   Səfir  





Xəbər lenti