Milli Şuradan istefa

Milli Şuradan istefa
  11 Sentyabr 2013    Oxunub:1142
AXCP üzvü Həsən Şıxəliyev partiyadan istefa verib. Bu haqda o, yaydığı müraciətində bildirib.

Müraciətdə deyilir: "Mən Həsən Şıxəliyev AXCP-nin Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olaraq artıq bu yolu davam etdirmək istəmirəm.

Bu gün Milli Şura daxilində gedən xoşagəlməz proseslər məni bu addımı atmağa məcbur edir.

Artıq Milli Şuranı yaradanlar bir-birini tənqid edir, bu qurumdan qoparaq öz ambisiyalarını davam etdirirlər.

Milli Şura sədri Rüstəm İbrahimbəyov artıq Milli Şuraya qarşı çıxış edən Lalə Şövkət Hacıyevanı dəstəkləyib və hər şeyin xoşagəlməz olduğunu qeyd edib. Onun sözləri ilə desək, ümid xalqadır. Hələ Milli Şura sədri "hərəyə bir manat yığaraq" seçki kampaniyasını aparmağı da təklif edib. Düşünürəm ki, müxalifət düşərgəsində seçkidən qabaq və seçkidən sonra istefalar olacaq, eləcə də yeni bir müxalifət formalaşacaq”.

Daha sonra AXCP funksioneri bəyan edib ki, bütün bunları qeyd edərək istefa verir və gələcəkdə fəaliyyətini müstəqil şəkildə davam etdirəcək. (gündəlik teleqraf)




Teqlər:





Xəbər lenti